23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. İlqar Alışov Bakı Dəmiryol Xəstəxanasının Qastroenteroloji və Hepatoloji bölməsinin rəhbəri, qastroenteroloq, hepatoloq, invaziv endoskopisti

Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keşməkeşli ömrü çoxlu kitabların böyük mövzuları ola bilər.
Bir azərbaycanlının heç bir tərəddüdsüz övladının sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri  Bakı Dəmiryol Xəstəxanasının Qastroenteroloji və Hepatoloji bölməsinin rəhbəri, qastroenteroloq, hepatoloq, invaziv endoskopisti Dr. İlqar Alışovdan gedir.
Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllər sahibi həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən...
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin sahibi olan Dr. İlqar Alışova  mənim və mənim kimi yüzlərlə xəstələrin adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Ailəmizə sevinc bəxş edən Dr. Alışova dərin təşəkkürümü bildirir,  şəfalı əlləri var olsun deyirəm.
Dr. Alışovun çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran İlqar həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Dr. Alışovu  təbrik edərək deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun


Tarix: 25-05-2021, 05:52 Oxunub: 169


Bölməyə aid digər xəbərlər