23:30 / 08-11-2021
Təbrik edirik!
Kardioloji problelərin müalicəsini Dr. Ruslan Nəcəfova etibar edə bilərsiniz

Həkim olmaq həm çox çətin həmdə çox məsuliyyətli peşədir. Hər bir xəstəyə fərdi yanaşmaq, onların şəxsiyyətinə diqqət və hörmətlə yanaşmaq həkimlərin müqədəs borcudur..
Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri, Elmi Tədqiqat Kardiologiya İnstitutunun yüksək elmi biliklərə və praktik təcrübəyə malik Tibb uzrə Fəlsəfə doktoru, Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvü, dərc olunmuş 60-dək elmi əsərin, o cümlədən 5 dərslik, 2 metodik tövsiyə və 2 klinik protokolun müəllifi Dr. Ruslan Nəcəfovdan gedir.
O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir. Ruslan Nəcəfov elmi fəaliyyəti ilə bərabər , yüksək ixtisaslı gənc həkim kadrların yetişməsi kimi önəmli bir missiyanı da yerinə yetirir. Gənc həkimlər həmişə Ruslan həkimin məsləhətlərindən bəhrələnirlər. Gənc həkimlərin yetişməsində peşəkar həkim kimi əlindən gələn köməkliyi əsirgəmir. Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Ruslan həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Ruslan həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Dr. Ruslan Nəcəfova Azərbaycan xalqı adından təşəkkür etməyi borc bildik.
Qəlbi Tanrı istəyilə nurlanan,
 Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!
Çarpar bircə anda qəlbi yüz yerə,
 Görsə ki, əlacsız qalıbdı xəstə...
Bəzən bir sözüylə bütöv bir ömrə,
 Olum, ölüm fərmanıdı həkimlər!


Tarix: 27-04-2021, 08:36 Oxunub: 225


Bölməyə aid digər xəbərlər