23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Ruslan Nəcəfov-Elmli-Tədqiqat Kardiologiya İnstitutunun yüksək ixtisaslı kardioloqu xalqımızın sağlamlığı keşiyində

Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri olan Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun yüksək ixtisaslı kardioloqu t.ü.f.d. Dr.Ruslan Nəcəfovdan gedir.
Ruslan həkimin həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun  olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ata ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçır. Ruslan Nəcəfov duyğuların vəhdətində Azərbaycan həkimnə məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdir. Onun ömür işığında qaranlıq dünyalara şəfa verilir.
 Ruslan Nəcəfov....Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Ruslan həkimin portretini sezməmək mümkün deyil. Qəlb dünyasının işığı onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı.

 Ruslan həkimin zəngin elmi irsi, kardiologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan Tibb elminin parlaq səhifəsidir. Dr. Nəcəfovu təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli həkim kimi tanıyır. Çünki bu insanın yeganə amalı budur. “Ona müraciət edən xəstələri sağaltmaq.
 
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Ruslan həkimə mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Ruslan Nəcəfova həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Ruslan həkimə Elmli-Tədqiqat Kardiologiya İnstitutunun  tibbi – personalına dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.


Tarix: 30-12-2020, 07:04 Oxunub: 513


Bölməyə aid digər xəbərlər