23:30 / 08-11-2021
Təbrik edirik!
"Qarabağ"dan daha bir tarixi nəticə: Kiprdən gələn xəbər...

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda üz-üzə gələcək "Kayrat" və "Qarabağ" klublarının start heyətləri açıqlanıb.
QanunXəbər.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Kayrat": 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç
Baş məşqçi: Kurban Berdıyev.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, bu gün Almatıdakı "Ortalık" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
***
Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.
"Ortalık" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Qeyd edək ki, görüşü moldovalı FIFA referisi Dumitri Muntyan idarə edir.
***
58-ci dəqiqədə "Qarabağ"ın oyunçusu İbrahima Vadji hesabı açdı: 0 - 1
***
68-ci dəqiqədə "Kayrat" hesabı bərabərləşdirib: 1 - 1.
***
Abdulla Zubir 72-ci dəqiqədə "Qarabağ"ı önə çıxarıb: 1 - 2
***
"Qarabağ" "Kayrat"a 2 - 1 hesab ilə qalib gəldi.
Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2 - 1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.
***
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
Buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.


Tarix: 5-11-2021, 08:14 Oxunub: 402


Bölməyə aid digər xəbərlər