23:45 / 09-11-2021
Dr.İbrahim Əsədli sənətinə və şəxsiyyətinə dərin hörmətlə yanaşdığım həkim-cərrah, onkopsixoloq
23:22 / 09-11-2021
Dövlətlərin hərbi gücü açıqlandı: Azərbaycanın yeri...
23:18 / 09-11-2021
Kəlbəcərdə mühəndis texnikalarımız atəşə tutuldu
23:12 / 09-11-2021
Şuşa əməliyyatı necə baş verdi? - Ovannisyan
20:21 / 09-11-2021
Vətən müharibəsindən real döyüş kadrları yayıldı - Video
16:17 / 09-11-2021
Şuşa yaxınlığında atışma: 1 erməni öldü, 3-ü yaralandı
23:30 / 08-11-2021
Təbrik edirik!
22:46 / 08-11-2021
Millət vəkili Pakistandan iki Zəfər təbriki aldı
22:26 / 08-11-2021
İlham Əliyevin Şuşada generallarla görüşü – Foto
22:22 / 08-11-2021
Ərdoğan Əliyevi Zəfər Günü ilə bağlı təbrik etdi
22:05 / 08-11-2021
Köçəryan mitinqdə elan etdi: Hər şey məhv oldu
21:03 / 08-11-2021
Tarixi anlar: Şuşada atəşfəşanlıq oldu - Video
19:25 / 08-11-2021
Ölkəmizdə koronaya yoluxanların sayı azaldı
14:33 / 08-11-2021
Bu bizə növbəti dəfə sataşmaq idi - Əliyev
14:24 / 08-11-2021
Prezidentdən Zəngəzur mesajı
11:06 / 08-11-2021
Böyük Qələbənin memarı və strateqi İlham Əliyev: Ali Baş Komandan, Prezident, döyüşçü...
22:25 / 07-11-2021
Meksikada Zəfər günü münasibətilə rəsmi qəbul təşkil edildi
21:55 / 07-11-2021
Paşayeva şəhidin ailə üzvləri ilə görüşdü - Foto
20:53 / 07-11-2021
Mehriban Əliyevadan Şuşa səfəri ilə bağlı paylaşım
20:10 / 07-11-2021
Dövlət başçısı Zəfər yolunun açılışını etdi - Foto
17:50 / 07-11-2021
Hulusi Akar Bakıya gəldi - Foto
17:39 / 07-11-2021
Sabah Bakıda musiqili atəşfəşanlıq olacaq
17:36 / 07-11-2021
Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı
17:33 / 07-11-2021
İlham Əliyev Şuşa ilə bağlı 2 sərəncam imzaladı
17:17 / 07-11-2021
Kremldən açıqlama: Gələn həftə üçlü görüş olacaq
16:42 / 07-11-2021
İlham Əliyev və xanımı Şuşada
08:38 / 05-11-2021
2020 təkrarlanır: korona sürətlə artır - Klüge
08:36 / 05-11-2021
Respublika Diaqnostika Mərkəzinin İnvaziv kardioloqu Abasəli həkim 44 günlük haqq savaşında özünün vətənpərvərlik amalı ilə vətəndaşlarımıza dəstəyini əsirgəmədi
08:16 / 05-11-2021
Ərdoğanın Türkiyə üçün gördüyü möhtəşəm işlər - Video
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
Bölməyə aid digər xəbərlər
QMİ-nin Mətbuat xidmətindən daxil olan təbrik mətnində deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq, müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
Şükürlər olsun ki, mənəvi dəyərlərə sahib duran dövlətimizin qayğısı və himayəsi sayəsində Azərbaycan müsəlmanları bu mübarək məqamı iki gün bayram etmək şərəfinə nail olublar. Bu əziz günlərdə Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dindarlarımızın xeyir-dualarını yetirir, xalqımızın dərin minnətdarlığını ifadə edir, dövlət-din münasibətlərinin yüksək səviyyəsi yönündə bütün səylərinə uğurlar diləyirik.
Builki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!
Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir. Qurbаn bаyrаmının sevincini qаçqın, кöçкün, кimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəкən insаnlаrа yаşаtmаq, özəlliklə pandemiya şəraitində ehtiyacı olan insanlara кönül хоşluğu ilə qeyd etməк imkanı yaratmaq Аllаhа хоş gedən sаvаb əməllərdəndir. Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir. Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu, vacib deyil, müstəhəb əməl olduğundan, bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır.
Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər birimizin mənəvi borcudur. Mənfur düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olublar, dinc mülki əhali qətlə yetirilib. Vətəni sevmək imandandır. Haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!
Bu mübarək günlərdə xalqımızın rifah və səadəti üçün dualar edir, xüsüsilə pandemiya dövründə dövlət başçımız İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətini səfərbər edərək, dünyanı cənginə alan xəstəlik kabusundan müdafiə yönündə önəmli tədbirlərinə, humanitar addımlarına və nümunəvi beynəlxalq əməkdaşlıq istiqamətində BMT səviyyəsində dəstəklənən fəaliyyətlərinə Uca Allahdan uğurlar diləyirik. Bu əziz gündə dualar edirik ki, Allah-Təala möhtərəm dövlət başçımızın müstəqilliyimizi qorumaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac versin!
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir, Allah-Təalanın nəzərinin hər zaman üzərimizdə bərqərar olmasını diləyirik. Uca Allah Azərbaycanı hifz etsin! Amin!”
Bizimlə əlaqə saxlayın
Tarix: 28-07-2020, 15:48 Oxunub: 138
Bölməyə aid digər xəbərlər
28-07-2020, 15:14
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
25-07-2020, 17:17
Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi - FOTO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
23-07-2020, 21:32
Prezidentdən ermənilərin Los-Ancelesdə xəsarət yetirdiyi həmvətənlərimizlə bağlı TAPŞIRIQ
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
22-07-2020, 10:38
Mehriban Əliyevadan Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 22:38
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
8-07-2020, 10:22
Azərbaycanlı professor əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə haqqında - FOTO
7-07-2020, 15:18
Dini Komitə sədri icra başçısının dayandırdığı yas mərasimindən DANIŞDI: “Molla özbaşına gəlib”
« May 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |