23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. Abbas İmanov- Şərəfli Həkim

İşində məsuliyyətli çalışan həkimlərdən söz edərkən bir anlıq  Sumqayit şəhərində yerləşən Şəfqət Klinikasında çalışan həkim personalı göz önünə gəlir. Bu yaxınlarda yolumu Şəfqət klinikasına salmışdım. Klinikada gördüyüm münasibət həkim mehribançılığı peşəkar baxımından xəstələrə keyfiyyətli dəqiq diaqnozun qoyulması içimdə bir rahatlıq tapdı. Bu rahatlıq altında peşə fəaliyyəti məni burda da rahat buraxmadı. İstər-istəməz özümdən asılı olmayaraq gördüyüm mehribançılıq yüksək səviyyədə xəstələrə müayinənin aparılması mənə hərtərəfli bir xas olan ovqat bəxş etmişdir. Həkimin müayinə və müalicəsindən çox onun şirin dili səmimiyyəti hər bir xəstəyə böyük məlhəmdir. Belə bir səmimiyyəti  Şəfqət klinikasının baş həkimi, ümumi, estetik plastik rekonstruktiv cərrahı Dr. Abbas İmanovun  timsalında gördüm. Abbas İmanovun xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir. Abbas həkimlə söhbət apararkən sadaladıqlarımın bir daha şahidi oldum.
Məhz elə bunun nəticəsidir ki, redaksiyamıza daxil olan məktublar içərisində Abbas İmanova edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Abbas həkimə daxil olan minnətdarlıqlar içərisində Məmmədovlar ailəsinin razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Abbas həkimin yoluna nur saçsın deyir Esmira xanım. Səhhətimdə olan problemlərlə bağlı klinikaya“müayinə olunmaq üçün müraciət etdim.
Həkim-cərrah Abbas İmanov məni hərtərəfli müayinə etdi və dərhal əməliyyat olmağımı məsləhət bildi.
Həkimin dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. Artıq həmin həyəcanlı günlər arxada qalıb. Abbas həkimin mənim üzərimdə icra etdiyi əməliyyat ailəmizin əvvəlki sevincini özünə qaytarıb…
 
Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Dr. Abbas İmanova redaksiyamız adından təşəkkür etməyi borc bildik.


Tarix: 6-01-2021, 22:02 Oxunub: 619


Bölməyə aid digər xəbərlər