23:30 / 08-11-2021
Təbrik edirik!
Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından Dr. Azər Fərəcova təşəkkürümüzü bildirrik.













Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keşməkeşli ömrü çoxlu kitabların böyük mövzuları ola bilər.
Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri Oksigen Klinikasının həkim-radioloqu Azər Fərəcovdan gedir.

Azər Fərəcovun həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ata ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçır .  Onun ömür işığında qaranlıq dünyalara şəfa verilir. Azər Fərəcov.. Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Azər həkimin portretini sezməmək mümkün deyil. Qəlb dünyasının işığı onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı.

-Azər Fərəcovun zəngin elmi irsi, radialogiyanın  müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Dr. Fərəcovu təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli kim kimi tanıyır. Çünki bu insanın yeganə amalı budur. “Ona müraciət edən xəstələrə təyin diaqnoz təyin etmək.

Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirrik. 


Tarix: 15-10-2020, 09:47 Oxunub: 588


Bölməyə aid digər xəbərlər