19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Xosaxan Musayev Mədə-bagırsaq yolunun kontraslı rentgen-videoqrafiya tədqiqatları,döş qəfəsi üzvlərinin rentgen tədqiqatları,sümük və oynaqların rentgen tədqiqatları,sidik ayırıcı yollarının rentgen tədqiqatlarını aparır


- Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keçməkeşli ömrü çoxlu kitabların maraqlı mövzuları ola bilər.

Oxuculara Azərbaycan Səhiyyəsinin inkişafında təqdirəlayiq xidmətləri ilə seçilən Dr. Xosaxan Musayevin qısa həyat tarixçəsini təqdim edirik:
Musayev Xosaxan Ataxan oglu 1949-cu ildə Lerik rayonunda anadan olmuşdur.
1976-cı ildə Tibb Universitetinin mualicə-profilaktika fakultəsini bitirmşdir.
1977-1979 – cu illərdə 12 saylı Birləşmiş Xəstəxanada rentgenoloq işləmişdir.
1978-ci ildə rentgenologiya üzrə 5 aylıq ixtisaslaşma kursu keçmişdir.
1979-1981-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun Rentgenologiya kafedrasında klinik ordinatura keçmişdir. 1989-cu ilə qədər həmin kafedrada rentgen-qasroenterologiya üzrə assisent işəmişdir.
Sonra  20 il  Respublika Diaqnostika  Mərkəzində rentgenoloq   işləmişdir.
2008-ci ildən 2013-cü ilə qədər müxtəlif özəl klinikalarda işləmişdir.
2013-cü ildən etibarən Medika Hospitalda işləyir.
Müxtəlif rentgenoloji cihazlarla işləmişdir.Mədə-bagırsaq yolunun kontraslı rentgen-videoqrafiya tədqiqatları,döş qəfəsi üzvlərinin rentgen tədqiqatları,sümük və oynaqların rentgen tədqiqatları,sidik ayırıcı yollarının rentgen tədqiqatları,onurga sütununun kəllənin. burunətrafı ciblərin və digər orqanların rentgen tədqiqatlarını aparır.

- Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki.... Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllərə Xosaxan Musayev. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır.
 - Dr. Musayevi  tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
Medica Hospitalında xəstəliyi vaxtında aşkarlanan Aysunun valideyini olaraq bildirirəm ki, qızım klinikaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Aysunun yaxınları bu cür həkimlər qarşısında baş əyirik.
Göydə ALLAH və yerdə Xosaxan həkim olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Qürurla deyə bilərik ki,  Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir peşəkar həkimlərimiz var. 


Tarix: 1-10-2020, 09:10 Oxunub: 258


Bölməyə aid digər xəbərlər