23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. İlqar Ağabəyov -Salyan Səhiyyəsinin fəxri

Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keşməkeşli ömrü çoxlu kitabların böyük mövzuları ola bilər.
Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan  həkimlərimizdən biri Salyan Mərkəzi rayon Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri İlqar Ağabəyovdan  gedir.
Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....
Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllər sahibi həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən...
Dr. Ağabəyovun çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Xəstəxanada nizam– intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub.
O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
İlqar həkim nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir.. Bu, onun xoşbəxtliyi deyilmi, əziz oxucu?! Xoşbəxtsən, İlqar həkim! Ağ xalat sizə çox gözəl yaraşır, ay həkim. Xalqın qəlbində əbədi məskən salmaq hər ağ xalat geymiş həkimə müəssər olan xoşbəxtlik deyil! Həmişə öz peşənizin və insanlığın zirvəsində görək sizi!


Tarix: 4-03-2021, 05:12 Oxunub: 340


Bölməyə aid digər xəbərlər