23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. Emin Verdiyev Mərkəzi Klinikanın həkimi-Xalqın sağlamlığı keşiyində

Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keşməkeşli ömrü çoxlu kitabların böyük mövzuları ola bilər.
Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri Mərkəzi Klinikanın  həkim-Qastroenteroloqu Dr. Emin Verdiyevdən gedir.
Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Emin həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Redaksiyamıza daxil olan təşəkkür məktublarından bir neçəsini oxucuların diqqətinə çatdırırıq. Təqdim etdiyimiz bu təşəkkür məktubu Həkim –Qastroenteroloq-hepatoloq Emin Verdiyevin böyük səyi və zəhməti ilə sağlamlığına qovuşan pasientlərindən biri Saleh müəllimin QanunXəbər.com saytına ünvanladığı məktub əsasında tərtib edilmişdir.
    Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Emin Verdiyevə mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Emin Verdiyevə həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayaraq, deyirik:

Üz tutaraq yanına gəlir yüzlərlə insan,
Yardımınla qurtulur xəstələr ağrılardan.
Şəfa aldıqca sizdən atalar vəanalar
Sevinir, dua edir sizə əziz balalar.
Biz də kiçik şeirlə sizləri vəsf edirik
Emin həkim həyatda yüz yaşasın deyirik.
 
Həkim-Qastroenteroloq-hepatoloq Emin Verdiyevin xəstəliklərdən azad etdiyi xəstələr adından 
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Dr. Verdiyevi təbrik edərək deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.


Tarix: 2-02-2021, 05:21 Oxunub: 276


Bölməyə aid digər xəbərlər