23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Arzu Abbasova-Təcrübəli həkim

Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Şəki şəhərində və ətraf rayonlarda onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri Şəki şəhərində yerləşən Alfa Med Tibbi Laboratoriyanın həkimi Arzu Abbasovadan  gedir.

 Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....

Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllərə sahib Arzu həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən...
Arzu Abbasovanın çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Klinikada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub.
O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox şeylərə nail olmuşdur. Gənc həkimlər həmişə Arzu xanımın məsləhətlərindən bəhrələnirlər. Gənc həkimlərin yetişməsində peşəkar həkim kimi əlindən gələn köməkliyi əsirgəmir.
Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Arzu həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Arzu Abbasovanı təbrik edərək deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.


Tarix: 15-01-2021, 07:04 Oxunub: 385


Bölməyə aid digər xəbərlər