19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Nigar Mehdiyeva-Təqdirəlayiq rəhbər, peşəkar həkim

 Azərbaycanda dünya standartlarına cavab verən tibb müəssisələri çoxdur. Belə tibb ocaqlarından biri də Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasıdır. Müasir tələblərə cavab verən klinika texniki avadanlıqlarla təchiz olunmuş, əhaliyə tibbi xidmət ən yüksək səviyyədədir.
 Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının baş həkimi Nigar xanım Mehdiyeva bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Klinikada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Tibb ocağında yaradılmış nizam-intizam, xəstələrə qarşı xoş rəftar, hər bir xəstəyə xüsusi qayğının nəticəsidir ki, bu tibb ocağına müraciət edən pasiyentlərin sayı ilbəil artır. Müraciət edən hər bir vətəndaş burada şəfa tapır, sağlamlığına qovuşur. Klinikada öz işinə məsuliyyətlə yanaşan, peşəkar həkimlər çoxdur. Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər.
 Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. 
QanunXəbər.com İnformasiya Agentliyinə təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Klinikanın baş həkimi Nigar Mehdiyevaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Məmmədzadələr ailəsindən ünvanlanan məktubu olduğu kimi sizin diqqətinizə çatdırırıq:
     Bu yaxınlarda  Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının baş həkimi Nigar Mehdiyeva mənim bacım Lalə Hüseynovanı ölümün pəncəsindən xilas etdi. Bacım möhkəm ağrılardan əziyyət çəkirdi. Müayinə olunmaq üçün Onkologiya Klinikasına müraciət etdik. Həkim –onkoloq Nigar Mehdiyeva bacımı  hərtərəfli müayinə etdi və süd vəzisində törəmə olduğunu müəyyən etdi. Nigar həkimin təyin etdiyi dəqiq diaqnoz və əməliyyat nəticəsində bizim gözlədiyimizin əksi oldu. Belə ki, Nigar həkim ailəmizin nigarançılığına son qoydu.
    Biz,Onkologiya Klinikasında olanda hamı onun haqqında xoş sözlər deyirdi. Hamı da vurğulayırdı ki, Nigar həkimin əli yüngüldür. Biz də bunun şahidi olduq. Ona görə də belə qərara gəldim ki, belə gözəl həkim və xeyirxah insanla oxucuları da yaxından tanış edim və bizim ailənin Nigar həkimə də təşəkkürünü bildirim.

Mən fəxr edirəm ki, Azərbaycanda Nigar xanım Mehdiyeva  kimi ziyalı, insan kimi insan vardır. Mən, Nigar xanıma və rəhbərlik etdiyi Klinikanın kollektivinə  öz adımdan, həm də ailəm adından təşəkkürümü bildirirəm.


Tarix: 13-01-2021, 07:12 Oxunub: 323


Bölməyə aid digər xəbərlər