19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Aygün Süleymanova bacarıqlı rəhbər, peşəkar həkim-kardioloq

Alfa klinikasının baş  baş həkimi vəzifəsində çalışan Aygün həkimin bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Klinikada nizam–intizama riayət edilməsi, xəstə-həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. 
O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir. Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox uğurlara nail olmuşdur. O, bir sıra Beynəlxalq elmi konfranslarda simpozium və seminarlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdir.
Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Dr. Aygün Süleymanovaya fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər. 
Aygün Süleymanovanın zəngin elmi irsi, kardiologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Aygün həkimi təkcə Bakıda yox, respublikada hamı savadlı, öz işinə məsuliyyətli kim kimi tanıyır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Aygün həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Aygün həkimə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir.

 Hörmətli Aygün həkim! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə ürək xəstəliyindən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir alimi, ziyalını tanıtdırdı mənə! Bəli, Aygün Süleymanova  keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir. Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm.

Qəlbi Tanrı istəyilə nurlanan,
Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!

Çarpar bircə anda qəlbi yüz yerə,
Görsə ki, əlacsız qalıbdı xəstə...
Bəzən bir sözüylə bütöv bir ömrə,
Olum, ölüm fərmanıdı həkimlər!


 Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram. 


Tarix: 4-11-2020, 08:46 Oxunub: 296


Bölməyə aid digər xəbərlər