19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI

Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında koronavirusdan ölən həkimlərin adlarını açıqlayıb.
Orxan Cəbrayıl bildirib:
“COVİD-19 virusu ilə mübarizədə itirdiyimiz həkimlər.
1. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi;
2. Kəmalə Dəhqani - Gəncə şəhəri, uşaq nevroloqu;
3. Kamil Əliyev - Astara MRX, cərrah;
4. Mehman Hüseynov - Gəncə, ortoped-travmotoloq:
5. Ceyhun Hacıyev - Bakı, anestezioloq-reanimatoloq;
6. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı;
7. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanasının həkimi;
8. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;
9. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu;
10. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya Şöbəsinin həkimi;
11. Zakir Xəlilov - Bakı şəhər TTYS-nın həkimi;
12. Qəşəm Hüseynov - Bakı şəhər TTYS-nın həkimi;
13. Surxay Quliyev - Gəncə şəhər TTYS-nın həkimi;
14. Surət Abbasov - Gəncə şəhər TTYS-nın həkimi;
15. Cəmşid Abbasov - Gəncə şəhər TTYS-nın həkimi;
16. İbadət Ağayev - Cəlilabad TTYS-nin həkimi;
17. Ruhiyyə Kərimova - Bakı, kardioloq;
18. Tərlan Hüseynli - Mingəçevir, stomatoloq;
19. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana, pediatr;
20. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz Həkim -reanimatoloq;
21. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi;
22. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq;
23. Sədaqət Həsənova - Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı
24. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası, ortoped-travmatoloq
25. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası Ortoped-Travmatoloq
Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərinə və vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm”.
Qeyd edək ki, koronavirusdan ölən həkimlər arasında Tahir Bababəyli (İstanbul, Başakşehir Kayabaşı mahallesi) də var.


Tarix: 19-07-2020, 12:29 Oxunub: 129


Bölməyə aid digər xəbərlər