23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. Səttar Mirzəməmmədov bütün rentgenoloji müayinələr üzrə ixtisaslaşmış peşəkar həkim

               
  Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır.  Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş «UltraMed» Tibb Mərkəzinin həkim- rentgenoloqu Dr. Səttar Mirzəməmmədovdur.
Dr. Mirzəməmmədov Azərbaycanın ən peşəkar savadlı həkim- rentgenoloqlarından biriridir. İnsanlara sağlam həyat,dəqiq diaqnoz bəxş etməkdən böyük səadət yoxdur. İLLAHDA ki, həkimlik istedadına səmimilik, mənəvi zənginlik dəyərləri də qatılmış olsun! 

Səttar həkimi səciyyələndirən xüsusiyyətlər təkcə təcrübəli, peşəkar bir həkim olmaqla bitmir. Son dərəcə yüksək intellekt, ziyalılıq, hərtərəfli elmi biliklər, həmçinin gözəl qəlb, zəngin və təkrarolunmaz mənəviyyat, alicənablıq, xeyirxahlıq dəyərli bir insan, bir şəxsiyyət kimi onu formalaşdıran xüsusiyyətlərdir. O, xüsusiyyətlər ki, bu gün cəmiyyətimizə çox lazımdır, fəqət çox az insanlarda tapılır. Bu baxımdan Səttar həkim təkcə bir həkim kimi deyil, dəyərli  insanlıq nümunəsi, yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan bir şəxsiyyət kimi çox lazımdır.

Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan rentgenoloq  Dr.Səttar Mirzəməmmədov haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər: Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər. 
  Səttar Mirzəməmmədov-neçə - neçə insanlara dəqiq rentgenoloji diaqnozları ilə xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda sağlam yaşamağımın başlıca səbəbkarı məhz siz oldunuz. 
Bunu  Səttar Mirzəməmmədovun  həkimlik karyerasında dəqiq diaqnozu ilə sağalıb həyata qaytardığı insanların sağlıq durumları da, xəstə yaxınlarının dərin minnətdarlıq hissi ilə söylədikləri də bir daha sübut edir. Sağ olun Səttar həkim, Tanrı sizi qorusun.


Tarix: 23-12-2020, 10:10 Oxunub: 817


Bölməyə aid digər xəbərlər