19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Lerik rayon Yol İstismar idarəsi rəisi Elxan Əliyevin uğurlu xidmətləri

Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının  avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Lerik Rayonunda da uğurla davam etdirilir. 
Həyat insana bir dəfə bəxş olunur və hər kəs həyatı boyunca öz düşüncə tərzinə, insanlarla qurduğu münasibətə və əməllərinə layiq olduğu məqama yetir. Qurub – yaşatmaq eşqi ilə yaşayan və gözəl, xeyirxah düşüncələrini həyata keçirməyi qarşısına vəzifə borcu qoyaraq, alın tərilə,elmi – bilikləri və bacarığı ilə nailiyyətlərə qovuşan el ağsaqqalı haqqındadır söhbətimiz.
  Hər kəs onun xeyirxahlığından, mənəviyyatlı, təvazökar və sadə bir insan olmasından böyük razılıq edir və bu qənaətə gəlirlər ki, heç bir vəzifə, məqam əsl insaniyyətliyi dəyişə bilmir – elə Elxan müəllim kimi. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur başı həmişə el içində uca olur. Onlar öz  xoşbəxtliyini, səadətini varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Azəravtoyol ASC-nin Lerik rayon Yol İstismar İdarəsinin direktoru Elxan Əliyevdir.
Elxan müəllim hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Elxan müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .


Tarix: 13-04-2021, 18:09 Oxunub: 144


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı