23:30 / 08-11-2021
Təbrik edirik!
Rüstəm Paşayev-Nümunəvi rəhbər

Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının  avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır.
Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin Zaqatala Yol İstismar İdarəsinin rəisi Rüstəm Paşayev  qeyd ediib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, o cümlədən Zaqatala rayonunda   bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.
Zaqatala rayon 17 nömrəli yol istismar İdarənin rəisi Rüstəm Paşayevin uğurlu xidmətləri sayəsində Zaqatala Rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Turizm rayonu olan Zaqatala Rayonuna gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Zaqatala Rayonunda da uğurla davam etdirilir.
 
Həyat insana bir dəfə bəxş olunur və hər kəs həyatı boyunca öz düşüncə tərzinə, insanlarla qurduğu münasibətə və əməllərinə layiq olduğu məqama yetir. Qurub – yaşatmaq eşqi ilə yaşayan və gözəl, xeyirxah düşüncələrini həyata keçirməyi qarşısına vəzifə borcu qoyaraq, alın tərilə,elmi – bilikləri və bacarığı ilə nailiyyətlərə qovuşan el ağsaqqalı haqqındadır söhbətimiz.
  Hər kəs onun xeyirxahlığından, mənəviyyatlı, təvazökar və sadə bir insan olmasından böyük razılıq edir və bu qənaətə gəlirlər ki, heç bir vəzifə, məqam əsl insaniyyətliyi dəyişə bilmir – elə Rüstəm müəllim kimi. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur başı həmişə el içində uca olur. Onlar öz  xoşbəxtliyini, səadətini varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Azəravtoyol ASC-nin  Zaqatala şəhər 17 №-li Yol İstismar İdarəsinin rəisi Rüstəm Paşayevdir.
 Rüstəm müəllim doğma eli, vətəni yolunda bütöv bir ömür həsr edərək, bu günə qədər halal zəhmətlə çalışmışdır. Onun üçün bu xalqın, bu elin rifahı hər şeydən önəmlidir və bu yolda yorulmadan, əzmlə çalışmaqda davam edir.


Tarix: 16-01-2021, 02:05 Oxunub: 136


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı