19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Nazim Eynallı-Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi vəzifə sahibidi. 
Bu şəxs kimdir? Bu şəxs, sadə vətəndaşların sirdaşı, dostu sadə azərbaycanlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallıdır. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Nazim müəllim. 
Nazim müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallının  uğurlu xidmətləri sayəsində Şamaxı şəhərinin  küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Şamaxı şəhərinə gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. 

Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin Şamaxı rayon  Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi rəisi  Nazim  müəllim qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, o cümlədən Şamaxı rayonunda  bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.


Nazim Eynallı işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC -də qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Nazim müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Nazim müəllimə,  idarənin baş müsahibi Lətif Hacalıyevə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Tarix: 9-10-2020, 21:07 Oxunub: 373


Bölməyə aid digər xəbərlər