Yardımlı Yol İstismar MMC-nin rəisi Yaqub Əliyevin uğurlu xidmətləri sayəsində Yardımlı Rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Yardımlı rayonuna gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Yardımlı rayonunda da uğurla davam etdirilir.
Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin Yardımlı Yol İstismar İdarəsinin rəisi Yaqub müəllim qeyd edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, o cümlədən Yardımlı rayonunda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.
Yaqub müəllimin rəhbərlik etdiyi Yardımlı Yol İstismar İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Yaqub müəllim doğma eli, vətəni yolunda bütöv bir ömür həsr edərək, bu günə qədər halal zəhmətlə çalışmışdır. Onun üçün bu xalqın, bu elin rifahı hər şeydən önəmlidir və bu yolda yorulmadan, əzmlə çalışmaqda davam edir.
Yaqub müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.
Bu şərəfli yolda Yaqub müəllimə uğurlar arzulayırıq.
Bölməyə aid digər xəbərlər