İsrail İrana zərbələr zamanı Tehranın cənub-şərqindəki iki gizli hərbi bazaya da ziyan vurub.
QanunXeber.com xəbər verir ki, bunu "Asoşeyted Press" agentliyinin təhlil etdiyi peyk görüntüləri sübut edir.
Təhlilə əsasən, İranın əvvəllər nüvə silahı üçün partlayıcıları sınaqdan keçirdiyi ehtimal olunan Parçin hərbi bazasında bəzi binalar zədələnib.
Analitik Devid Olbrayt əlavə edib ki, iranlıların nüvə proqramı çərçivəsində sınaq üçün istifadə etdikləri Parçindəki Talehan-2 binası zədələnib. Analitiklərin fikrincə, yeraltı tunellər və raket istehsalı sahələri ola biləcəyi təxmin edilən Xocir hərbi bazasında da dağıntılar qeydə alınıb.
Qeyd edək ki, İran rəsmiləri bazalara hər hansı ziyan dəydiyini etiraf etməyib.
Lakin hücum zamanı hava hücumundan müdafiə sistemləri ilə işləyən 4 əsgərin həlak olduğunu təsdiqləyiblər.
Xatırladaq ki, İsrail İrana 26 oktyabra keçə gecə zərbələr endirmişdi.
Bölməyə aid digər xəbərlər