23:30 / 08-11-2021
Təbrik edirik!
Gülnarə Əliyeva-Diaqnoz Tibb Mərkəzinin savadlı həkim-radioloqu


QanunXəbər.com-un ünvanına gələn məktubların içərisində bir gəncin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Gülnarə həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı dəqiq diaqnoz  böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin dəqiq diaqnozu ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Gülnarə həkim olduqca yüksək təcrübəyə malikdir. Gülnarə Əliyevanın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də diaqnozun dəqiqliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.



Qəlbi Tanrı istəyilə nurlanan,
Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!


Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram
Hörmətlə: Aysel müəllimə 


Tarix: 21-10-2021, 18:59 Oxunub: 141


Bölməyə aid digər xəbərlər