19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Məshəti Nəcəfova-5 saylı Uşaq Poliklinikasının savadlı həkim-pediatrı

"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
                                                          Heydər Əliyev

Tibbin uşaq xəstəlikləri və onların müalicəsi ilə məşğul olan bölməsi pediatriya adlanır. Uşaq xəstəlikləri dedikdə yenidoğulmuşlardan yetişkənlik yaşına qədər olan uşaqlarda baş verən xəstəliklər nəzərdə tutulur.
-Bir valideyinin ən böyük xoşbəxtliyi övladlarının sağlamlığıdır. Bunun üçün isə təməl sağlam qoyulmalıdır. Körpə doğulduğu gündən düzgün müayinə edilməli, lazımı tədbirlər görülməlidir. Ölkəmizdəki gənc anaların övlad dünyaya gətirdikdən sonra ilk qayğısı savadlı pediatrdan tövsiyyə almaları olur.
Qanunxeber.com İnformasiya agentliyinə ünvanına gələn məktubların içərisində valideynlərin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.

-Yasamal rayonunda yaşayıram. Övladım uzun müddətdir ki, astma xəstəlikdən əziyyyət çəkir. Müxtəlif klinikalarda həkim-pediatrlardan müalicə alırdım. Son ümid yeri olaraq 5 saylı Uşaq Poliklinikasının həkim-pediatrı Məshəti Nəcəfovanı məsləhət gördülər. Məhsəti həkimin apardığı düzgün müalicə, göstərdiyi diqqət və qayğı nəticəsində oğlum yenidən həyata qayıtmış, tam sağlam şəkildə cəmiyyətə qatılmışdır. Hazırda səhhəti yaxşıdır, özünü rahat hiss edir, daha da yaxşı olacağıma ümid edirəm. Bütün bunlara görə bir ana olaraq mən, poliklinikanın həkim-pediatrı Məhsəti Nəcəfovaya  təşəkkür etməyi özümə borc bildim.
-Hörmətlə; Ellada xanım

-Daha biir təşəkkür məktubu Əliyevlər ailəsi tərəfindən ünvanlanır:
Əliyevlər ailəsi olaraq poliklinikanın həkim-pediatrı Məshəti Nəcəfovaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı. Biz övladımızı  demək olar ki, çox ağır vəziyyətdə və ümidsiz şəkildə Məshəti  həkimin öhdəsinə təhvil verdik. Məshəti həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi müalicə sayəsində övladımız həyata gözünü açdı. Elə bil ki, bizim üçün balamız ikinci dəfə dünyaya gəldi. Sizə borcluyuq qayğınıza görə.
QanunXeber.com İnformasiya Agentliyi olaraq biz də öz növbəmizdə Səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimimiz Məshəti həkimə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: -Xalqın Vətənin layiqli ziyalısı Məshəti həkim, bir ömür həsr edərək, çalışdığınız bu illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin. 


Tarix: 5-11-2020, 20:15 Oxunub: 324


Bölməyə aid digər xəbərlər