19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
QanunXəbər.com İnformasiya agentliyinin müsahibi 9 saylı Uşaq Poliklinikasının həkim-Otorinolorinqoloqu Gülnar Əhmədovadır.

QanunXəbər.com İnformasiya agentliyinin müsahibi 9 saylı Uşaq Poliklinikasının həkim-Otorinolorinqoloqu Gülnar Əhmədovadır. Gülnar xanımla uşaqlarda adenoidlərin yaranma səbəbləri, fəsadları və müalicəsi haqqında danışacayıq.
 

-ADENOİD NƏDİR?

Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir.
Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.

Uşaqlarda adenoiditin səbəbləri hansılardır?

Udlaq badamcıqlarının limfoid toxumasında iltihabi prosesin inkişafına, adətən, hemolitik streptokoklar, respirator viruslar, nadir hallarda – göbələklər, şərti-patogen flora, vərəm mikobakteriyaları və s. səbəb olur. Tez-tez və uzun müddət xəstə olan, həmçinin ağırlaşmış allerqoloji anamnezə sahib uşaqlarda adenoiditin əmələgəlmə riski yüksəkdir. Burun keçəcəklərinin darlığı (məs., burun çəpərinin əyriliyi) burnun təbii sanasiya prosesinin zəifləməsinə və patogen mikroorqanizmlərin udlaq badamcıqlarında uzun müddətli persistensiyasına gətirib çıxarır.
Uşaq adenoiditi zamanı udlaq badamcıqlarının hipertrofiyası inkişaf etdiyindən limfoid toxumanın böyüməsinin səbəblərindən danışmağa dəyər. Çox uşaqlarda bu və ya digər dərəcəli, udlaq badamcıqlarının böyüməsi ilə təzahür edən adenoid olur. Onlar, adətən, 2-7 yaşda meydana çıxır və pubertat dövründən sonra tədricən residivləşirlər. Bu isə erkən uşaqlıq dövründə respirator infeksiyalara qarşı məhz udlaq badamcıqlarının birincili immun baryer rolu oynaması ilə əlaqədardır. Adenoid uzun müddət təyin olunmadıqda, uşaq immun defisit nəticəsində tez-tez xəstələndikdə və ya konservativ müalicə effektiv olmadıqda adenoidit inkişaf edir.

Hansı hallarda adenoid orqanizm üçün təhlükəli sayılır?

Adenoidlər çox hitertrofiyalaşdıqda onu vaxtında orqanizmdən xaric etmək lazımdır.Uşaqlarda adenoidlərin gec xaric olunması onlarda müxtəlif patologiyalara səbəb olur. Çünki adenoidlər burun yollarının tutduğuna görə uşaqlar ağız vasitəsilə nəfəs alırlar və bu da onların beyninə oksigenin normal çatmamasına və beyində oksigen aclığına səbəb ola bilir. Adenoidlər 3-14 yaşlarına kimi uşaqlarda qoruyucu funksiya daşıya bilir. Bu funksiyaya adenoid virus infeksiyalarının burun yollarından daxil olmasını əngəlləyərək nail olur. Bəzi valideyinlər uşaqlarının yaşlarının az olduğundan qorxaraq adenoidin xaric olunmasını ləngidir. Onlar bunu narkozdan qorxduqlarına və uşaqlarının yaşının az olmasına əsaslanaraq qeyd edirlər. Lakin həkim adenoidin kəsilməsinə göstəriş vermişsə, onu ləngitməyin nəticələri daha ağır ola bilər.
Adenoid yeni doğulmuş uşaqlarda nisbətən kiçik olur. O uşağın 5 yaşına kimi böyüyür və burun yollarında virus və bakteriyaların düşməsinin qarşısını alır. Uşaq sağlam olduqda adenoid bu yaşdan sonra tədricən kiçilməyə başlayır və 14 yaşlarında atrofiyalaşır. Bəzən bu proses ciddi problemlərə səbəb ola bilir. Belə ki, adenoidin hipertrofiyası orta qulağın, eşitmə yollarının funksiyasının zəifləməsinə səbəb olur.


Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun, həmişə saglam qalın.

Tarix: 27-10-2020, 09:23 Oxunub: 462


Bölməyə aid digər xəbərlər