Lamiyə həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Lamiyə həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir.
Dr. Lamiyə Osmanovanın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Həsənovlar ailəsi olaraq Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edim ki, övladımın gözündə zəiflik var idi. Biz uşağı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gətirdik. Həkim Oftalmoloq Kontakt linzalar üzrə mütəxəssis Lamiyə həkimin təyin etdiyi müalicə və kontakt linza oğlumun gözündə olan problemləri aradan götürdü. Onu da qeyd edim ki, oğlum eynək taxmaqla əlaqədar nəmlik, dumanlama, burun və qulaq ilə bağlı diskomfort problemlərindən azad oldu.
Dr. Lamiyə Osmanovaya ailəmiz adından təşəkkürümüzü bildiririk.
Hörmətlə: Arzu müəllim
Biz xüsusilə Milli Oftalmologiya Mərkəzinin həkim - oftalmoloqu Dr. Lamiyə Osmanovaya və bütün tibbi personala təşəkkür edirik. QanunXəbər.com İnformasiya Agentliyi adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq, əzmlə çalışan böyük ehtiram sahibi həkim – Lamiyə Osmanovaya Təşəkkürümüzü bildirərək; Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |