Bir valideyinin ən böyük xoşbəxtliyi övladlarının sağlamlığıdır. Bunun üçün isə təməl sağlam qoyulmalıdır. Körpə doğulduğu gündən düzgün müayinə edilməli, lazımı tədbirlər görülməlidir. Ölkəmizdəki gənc anaların övlad dünyaya gətirdikdən sonra ilk qayğısı savadlı pediatrdan tövsiyyə almaları olur.
QanunXəbər.com İnformasiya Portalının ünvanına gələn məktubların içərisində valideynlərin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Mahir Məmmədova mənim və mənim kimi yüzlərlə valideynlərin adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Mahir həkimə həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq. Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edə Mahir Məmmədova dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
QanunXəbər.com saytı olaraq biz də öz növbəmizdə Səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimimiz Mahir həkimə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: -Xalqın Vətənin layiqli ziyalısı Mahir həkim, bir ömür həsr edərək, çalışdığınız bu illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin.
Bölməyə aid digər xəbərlər