19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. İlahə Hacıyeva-Çətin və şərəfli peşə sahibi

Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. 
1nömrəli Şəhər Klinik Xəstəxanasında  fəaliyyət göstərən həkim-ginekoloq, Tibb üzrə fəlsəfə doktoru, elmlər namizədi Dr. İlahə Hacıyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
Şərəfli həkim peşəsinə yiyələnən İlahə həkim bu sənətinin müqəddəsliyini qoruyub saxlayır. Dr. Hacıyeva müayinə etdiyi hər kəsin rəğbətini qazanan həkimlərdəndir. Pasientlərə şəfa bəxş edən bu insan savadlı və bacarıqlı həkim olmaqla yanaşı, həm də çox qayğıkeş bir insandır.

İlahə həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir, onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə minnətdarlıq edilir.

QanunXəbər.com İnformasiya Agentliyinin ünvanına gələn məktubların içərisində bir qadının həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Bizdə düşünürük ki Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.

Bu yaxınlarda təbii doğuşla uşaq dünyaya gətirən Aytən Əliyeva həkim cərrah-ginekoloq İlahə Hacıyevadan öz razılığını bildirdi Həkimin yüksək peşəkarlığından danışan  pasiyent onun əsl insani keyfiyyətlərini də qeyd edir. Deyir ki, həkim xəstəyə sözün əsl mənasında can yandırır. Onun qayğısına qalır. Dr. İlahə Hacıyeva öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya tibb sahəsində qazanılan uğurları, tibbin yeniliklərini izləyir və öz təcrübəsini zənginləşdirir. Geridə qalan gərgin, həyacanlı anlardan danışan Aytən Əliyeva həkim cərrah-ginekoloqu İlahə Hacıyevadan  yerlə- göy qədər razıdır. Qəlbində olduqca böyük minnətdarlıq hissi var.
Axı, o, nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara İlahə həkim kimi bir insan rast salıb. İlahə həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır.

Hörmətli İlahə həkim!
Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə ginekoloji xəstəliklərdən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən İlahə  həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən biri olan Dr. İlahə Hacıyevaya Azərbaycan xalqı adından təşəkkür etməyi borc bildik.


Tarix: 3-01-2021, 11:28 Oxunub: 367


Bölməyə aid digər xəbərlər