19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Ali məktəblərin doktorantura səviyyəsi üzrə dövlət sifarişi müəyyənləşəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bildirilir ki, bu Qaydalar doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində kadr hazırlığını da əhatə edəcək.
Qüvvədə olan Qaydalara görə, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi İqtisadiyyat  Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilib.
Dəyişikliyə əsasən, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi İqtisadiyyat Nazirliyinin, ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə dövlət sifarişi isə Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdiriləcək.
Qüvvədə olan Qaydalara görə, İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə hər tədris ili üzrə razılaşdırılmış təklifləri hər il martın 1-dək Nazirlər Kabinetinə təqdim edilib. Bu sahədə Təhsil Nazirliyinə də səlahiyyət verilir, razılaşdırılmış təkliflərin Nazirlər Kabinetinə təqdim edilmə müddəti dəyişdirilir.
Beləliklə, hər il noyabrın 1-dək İqtisadiyyat Nazirliyinin və Təhsil Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları (qurumları) ilə növbəti tədris ili üçün razılaşdırılmış təklifləri Nazirlər Kabinetinə təqdim ediləcək.
İndiyə qədər Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunu həmin il aprelin 1-dək müəyyən edib. Dəyişikliyə əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının (qurumlarının) təqdim etdikləri təkliflər əsasında hər il aprelin 1-dək növbəti tədris ili üçün müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə tələbə qəbulunu müəyyən edəcək.
İndiyə qədər dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək Təhsil Nazirliyinə təqdim etməli idilər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır. Dəyişikliyə əsasən, bundan sonra dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər il oktyabrın 1-dək növbəti tədris ili üzrə təkliflərini Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Dövlət sifarişi əsasında maliyyələşmənin şərtləri də dəyişib. Qüvvədə olan Qaydalara əsasən, Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında hər il sentyabrın 15-dək müqavilə imzalanıb. Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək müqavilə imzalanıb. Bundan sonra isə Təhsil Nazirliyi ilə bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında hər il sentyabrın 15-dək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisələri arasında isə hər il oktyabrın 15-dək müqavilə imzalanacaq.
Bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında isə hər il oktyabrın 15-dək müqavilə imzalanacaq.
İndiyə qədər dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat və əsas (baza ali) tibb təhsili və ya magistratura və rezidentura səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edib. Bundan sonra isə dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə normativ təhsil müddətinə uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edəcək.


Tarix: 18-07-2020, 00:35 Oxunub: 187


Bölməyə aid digər xəbərlər