-Şərəfli həyat və fəaliyyət yolu keçmiş həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldıqca fərəh və qürur hissi duymamaq mümkün deyil. Əvvəlcə onun həkimlik fəaliyyəti barədə düşüncələrimizi bölüşmək istərdik. Bu dünyada dəyərli, qibtə ediləsi hər nə varsa, onu Allah yaradıb. Ancaq deyirlər ki, Allahdan sonra bu heyrətlə dolu dünyada həkimlər də möcüzələr yaradırlar.
-İnsan ömrünün səhifələrini vərəqlərkən, onun həyat salnaməsi nəzərdə çanlanır. Xeyirxah insanlar digərlərinə nümunə olaraq həyatda parlaq, silinməz izlər qoyurlar. İnsan sevincinin işığından mənəvi zövq alan fədakar həkimlərdən biri də uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan 19 saylı Uşaq Poliklinikasının həkim-pediatrı Dr. İlahə Əliyevadır.
Bir valideyinin ən böyük xoşbəxtliyi övladlarının sağlamlığıdır. Bunun üçün isə təməl sağlam qoyulmalıdır. Körpə doğulduğu gündən düzgün müayinə edilməli, lazımı tədbirlər görülməlidir. Ölkəmizdəki gənc anaların övlad dünyaya gətirdikdən sonra ilk qayğısı savadlı pediatrdan tövsiyyə almaları olur.
QanunXəbər.com Xəbər Portalının ünvanına gələn məktubların içərisində valideynlərin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Əliyevlər ailəsi olaraq poliklinikanın həkim-pediatrı İlahə Əliyevaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. Biz övladımızı bura demək olar ki, çox ağır vəziyyətdə və ümidsiz şəkildə İlahə xanımın öhdəsinə təhvil verdik. İlahə həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi müalicə sayəsində övladımız həyata gözünü açdı. Elə bil ki, bizim üçün balamız ikinci dəfə dünyaya gəldi. Sizə borcluyuq qayğınıza görə.
Ömür insan üçün o zaman dəyərli olur ki, insanlara xidmət etsin, cəmiyyətdə özünə hörmət qazansın.Ən əsası isə əməlləri ilə Allah dərgahında əziz olsun. Dr. İlahə Əliyeva üçün ən böyük mükafat, dəqiq müayinə edib, sağlam həyata qaytardığı körpələrin sevgisi,məhəbbətidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından İlahə həkimə deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.
Bölməyə aid digər xəbərlər