Şərəfli həyat və fəaliyyət yolu keçmiş həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldlqca fərəh və qürur hissi duymamaq mümkün deyil. Əvvəlcə onun həkimlıik fəaliyyəti barədə düşüncələrimizi bölüşmək istərdik.
İnsan ömrünün səhifələrini vərəqlərkən, onun həyat salnaməsi nəzərdə canlanır. Xeyirxah insanlar digərlərinə nümunə olaraq həyatda parlaq, silinməz izlər qoyurlar. İnsan sevincinin işığından mənəvi zövq alan fədakar həkimlərdən biri də Milli Onkologiya Mərkəzinin Torakal onkoloqu,Tibb elmləri doktoru Dr. Əbülfəz Soltanovdur.
Ağ saçları uca dağların qarı,
Xidmətləri bir ölkənin vüqarı,
Günəşdənmi, alovdanmı nur aldı?
Günü-gündən ucaldıqca ucaldı.
Ucaldıqca xidmətləri ilə Azərbaycan səhiyyəsinə möhtəşəm bir iz salan ömür yaşadı Əbülfəz Soltanov. Tale yollarının mübariz yolçusuna çevrildi. Zəhməti, fədakarlığı ilə neçə-neçə insanlara, həkimlərimizə örnək oldu. Günəş şəfəqləri aləmə nur saçdığı kimi zəkası-dühasıyla Azərbaycan Tibb elminə işıq saçdı.
Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Dr. Əbülfəz Soltanova fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu şöbədə əməliyyatımı həyata keçirən Əbülfəz həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. İlk olaraq məni əməliyyata hazırlayan həkimim aqqında oxucularıma məlumat vermək istəyirəm.
Xəstəxanada əməliyyat öncəsi və əməliyyatdan sonra Əbülfəz Soltanovun xeyirxah münasibəti, həkimin xəstəyə həddindən çox qayğı və diqqət göstərməsi çox təqdirəlayiqdir. Həqiqətən də bu həkimin şəfalı əllərinin möcüzəsini özüm əyani olaraq gördüm. Əməliyyatın səhərisi mənim sərbəst gəzməyimə, heç bir şikayət etmədiyimə görə belə qərara gəldim ki, bu həkimin əllərində doğrudan da bir möcüzə vardır. Bundan başqa,
Dr. Soltanovun xəstələrə göstərdikləri xoş münasibət məndə bir Azərbaycan vətəndaşı olaraq, qürur hissi oyatdı və mən bu hisslərimi qələmə aldım.
Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir alimi, ziyalını tanıtdırdı mənə! Bəli, Əbülfəz Soltanov keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir. Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm.
Ölkəmizin gün-gündən inkişaf etməsini, vətənə və xalqa xidmət göstərən, şəfalı əllərin sahibi olan həkimlərini gördükdə fəxr etməyə bilmirsən. Mən bu möcüzənin şahidi olduğum üçün məsləhət görərdim ki, başqa ölkələrə gedib həkim axtarmağa ehtiyac yoxdur. Çünki, hər bir sahə üzrə ölkəmizin tibb ocaqlarında yetərincə savadlı, bacarıqlı, təcrübəli həkimlərimiz vardır. Həm də hal-hazırda bilirik ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinə də cənab Prezident tərəfindən xüsusi diqqət və qayğı göstərilməkdədir.
Bölməyə aid digər xəbərlər