23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Məlahət Nəhmətova-Təcrübəli nevropatoloq


Dr. Nəhmətovanın çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Diamed (Baku Clinic) Tibb Mərkəzində  nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olur.
Məlahət həkim hər bir xəstənin dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onu tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum.Klinikada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir. Biz də bu yolda Məlahət həkimə uğurlarının davamlı olmasını arzulayırıq.


Qəlbin kimi təmizdir, haqdır işin, amalın
Nura qərq olsun hər an zirvəyə gedən yolun.
Fəth etdiyin yüksəliş elminin-bar –bəhəri
Çiçək səpir yoluna, səni sevən ellərin.
Məlahət xanım o güllər ən gözəl arzulardır
Yazar xanımında sizə diləyi vardır.
Deyirəm:Adınızı daim ucada görək,
Yaşasın belə gözəl xanımlarımız deyək!
Ailən,əzizlərin xöşbəxt olsun həyatda
Uğurla şölə saçsın işinizə dünyada
Biz də ilhama gəlib şeirlər həsr eləyək,
Məlahət xanım, yüz yaşasın söyləyək!


Tarix: 23-09-2021, 19:01 Oxunub: 112


Bölməyə aid digər xəbərlər