23:30 / 08-11-2021
Təbrik edirik!
Bəhruz Rüstəmov-Optimed Tibb Mərkəzində pasiyentlərə bütün stomatoli xidmətlər yüksək səviyyədə göstərilir

Dr. Bəhruz Rüstəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
lk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Dr. Rüstəmovu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir. Bəhruz həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Optimed Tibb Mərkəzinə  getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Mərkəzdə yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir. Həkim-stomatoloq Bəhruz həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Bəhruz Rüstəmov məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Hətta uzun illər aldığı stomatoloji müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi dəqiq  müayinənin nəticəsində  müalicəyə davam etdikcə sağlam təbəssümə malik olduqlarından məmnun olurlar.
Dr.Bəhruz Rüstəmov  hər birimizi diş əti xəstəliklərindən, stomotoloji problemlərdən xilas edə bilən yeganə mütəxəssislər cərgəsində birincilər sırasında olan həkim-stomatoloqlardan biridir və ona müraciət edən hər kəs bunun şahididir. 
Pasiyentlərin böyük rəğbətini və etbarını qazanmış, yüksək ixtisaslı  peşəkar stomatoloq Bəhruz Rüstəmov üçün daxil olmuş təşəkkür məktubunu sizə təqdim edirik:
Dr. Rüstəmov mənim mələyimə çevrildi. Arzu xanım Bəhruz  həkimdən yerlə göy qədər razıdır. Qəlbində olduqca böyük minnətdarlıq hissi var. Həm klinikanın rəhbərliyinə, həm də peşəkar- stomatoloq Bəhruz həkimə təşəkkürünü ifadə edir Arzu Məmmədova. Bütün stomatoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərə Dr. Bəhruz Rüstəmova güvənməyi məsləhət görürəm. SİZƏ BİR HƏYAT BORCLUYAM!»
Aytən xanımın dediklərindən:
Bəli, işinin peşəkarı, gənc olmasına baxmayaraq, Azərbaycanın peşəkar həkim-stomatoloqu və təbii ki, mənim gözəl təbəssümümün  qarantı hər zaman pozitiv, gülərüz doktorum Dr. Bəhruz Rüstəmov. Sizə  ailəmiz adından dərin təşəkkürümüzü  bildirir, şəfalı əlləriniz var olsun deyirik.
Mən Bəhruz həkimin qəbuluna gedəndə  dişlərim çox eybəcər idi və xarici görkəmimə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl inci tək saf, sağlam dişlər məndən deyərək fəaliyyətə başladı. Hansı prosedurların həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ürəyimcə oldu.

Biz də heyətimiz adından ömrünü insanları stomatoloji xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Bəhruz Rüstəmova ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.




Tarix: 10-09-2021, 00:00 Oxunub: 246


Bölməyə aid digər xəbərlər