19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Gülnarə İsmayılova-Miamed Tibb Mərkəzinin savadlı mama-ginekoloqu

Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa bəxş edən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığın keşiyində dayanan şəxslərdir. Bu insanlar daim cəmiyyətdə hörmətlə qarşılanıblar.
Miamed tibb mərkəzinin mama-ginekoloqu Dr. Gülnarə İsmayılova qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
Gülnarə həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Miamed Tibb Mərkəzinə getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Tibb Mərkəzində  yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir. Hətta uzun illər aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi dəqiq diaqnoz ilə  müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun olurlar.
Redaksiyamıza ünvanlanan məktubların birində Gülnarə xanımın bacarıqlı həkim olmasından söz açılır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. "Analara isti körpə dünyası bağışlanılmasına səbəb olan həkim Gülnarə xanım. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, körpə qığıltısı, körpə nəfəsi bəxş edilməsinə səbəb olan Gülnarə xanıma bütün anaların dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.  
Biz də heyətimiz adından ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Gülnarə İsmayılovaya ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.


Tarix: 28-05-2021, 10:03 Oxunub: 341


Bölməyə aid digər xəbərlər