19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Sevda Hüseynova - öz işinə qayğı və sevgi ilə yanaşan həkim-radioloq

Ultrasəs müayinəsi isə ən öndə gedən diaqnostik üsullardan biridir. Hər bir diaqnozun qoyulmasında üstünlük ilk öncə ultrasəs müayinəsinə verilir. Rahatlığı ondan ibarətdir ki, ultrasəs müayinəsi bu gün tibbin bütün sahələrində istifadə edilir. Öncə söylədiyim kimi daxili üzvlərin diaqnostikasında, ginekoloqiyada, hamiləliklərdə, ən erkən anomaliyararı aşkarlamağa imkan verir.
Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Sevda Hüseynovadır.
Dr. Sevda Hüseynovanı  tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.

Artıq neçə müddətdir ki, qızımın sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, qızımın inkişaf etməsi, sağalması gecikirdi.
Elə bu fikirlərlə artıq qızımı qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımızda  Kamal Abdullayevin Uroloji Mərkəzinin həkim– radioloqu Sevda Hüseynovayla  qarşılaşdıq. Öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu. 

 Kamal Abdullayevin Uroloji Mərkəzində  xəstəliyi vaxtında aşkarlanan Aysunun valideyini olaraq bildirirəm ki, qızım klinikaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Aysunun yaxınları bu cür həkimlər qarşısında baş əyirik.
Göydə ALLAH və yerdə Sevda xanım olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Qürurla deyə bilərik ki,  Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir peşəkar həkimlərimiz var.


Tarix: 13-10-2020, 22:04 Oxunub: 183


Bölməyə aid digər xəbərlər