23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. Nərminə Abbasova -Mayomed, Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, həkim-terapevt xalqın ümid yeri

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Nərminə xanım Abbasovanın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Nərminə xanımın portretini tamamlayan əsas cizgilərdir. Sıravi həkimlikdən baş həkimlik kürsüsünə yüksələn  Nərminə xanım tibb elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Nərminə xanım Abbasovanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Mayomed, Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, həkim-terapevt Nərminə Abbasova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
Öz peşəsinin ustadı olan Dr. Abbasova müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – terapevt sözün əsl mənasında ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif həkim Nərminə  həkimin xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.
lk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Nərminə həkim nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir.. Bu, onun xoşbəxtliyi deyilmi, əziz oxucu?! Xoşbəxtsən, Nərminə həkim! Ağ xalat sizə çox gözəl yaraşır, ay həkim. Xalqın qəlbində əbədi məskən salmaq hər ağ xalat geymiş həkimə müəssər olan xoşbəxtlik deyil! Həmişə öz peşənizin və insanlığın zirvəsində görək sizi!


Tarix: 21-08-2021, 09:15 Oxunub: 328


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı