19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub

“Ötən gün bir xanım altı aylıq körpəsi ilə bizə müraciət edib. Həyat yoldaşından zorakılıq gördüyünü deyib. Əri isə televiziyalardan birinin əməkdaşıdır”.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
K.Ağazadə deyir ki, xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunu desə də, aralarında problemlərin mövcudluğundan danışıb:
“Həyat yoldaşı ilə aralarında problem var. Neçə gündür mənə yazırdı. Deyirdi ki, həyat yoldaşı ona “səni istəmirəm”, “evdən çıx get” deyir. Xanımın sözlərinə görə, problemlərdən biri də həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsidir. Qadın həyat yoldaşı tərəfindən təhdid edildiyini də deyir. Daha sonra isə məcbur olub, evdən çıxaraq bizə müraciət edib.
Yoldaşı qadına hədə-qorxu gələrək, bu məsələlərin kütləvi informasiya vasitələrinə çıxmamasını istəyib. Əgər bu barədə mediada hər hansı məlumat görərsə, özünü “ölmüş bilməsini” deyib. Hətta uşağı qadının əlindən bir yolla alacağını da bildirib. Bu, qadının hüquqlarının pozulmasıdır. Bütün bu iddialar barədə araşdırmalar aparılır. Biz hələ ki, onların adlarını elan etmirik. Ümumiyyətlə, bizim heç kimi rüsvay etmək fikrimiz yoxdur. Proseslər qanuna müvafiq şəkildə, məhkəmə yolu ilə davam etdiriləcək. Qadının və uşağın hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görüləcək. İlkin olaraq aliment məsələsinə, daha sonra isə digər məsələlərə baxılacaq”.


Tarix: 11-07-2020, 14:32 Oxunub: 127


Bölməyə aid digər xəbərlər