Ucaldıqca xidmətləri ilə Azərbaycan tarixinə möhtəşəm bir iz salan ömür yaşayır Kəmalə Mirzəyeva. Zəhməti, fədakarlığı, biliyi ilə neçə-neçə insanlara, həkimlərimizə örnək olur. Günəş şəfəqləri aləmə nur saçdığı kimi zəkası-dühasıyla Azərbaycan tibb elminə işıq saçır.
-Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər cərrah-proktoloq Kəmalə Mirzəyevaya fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
1 saylı Kliniki Tibb Mərkəzində xəstəliyi vaxtında aşkarlanan Arzunun valideyini olaraq bildirirəm ki, xəstəxanaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Arzunun yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə Allah və yerdə Kəmalə həkim olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Heç kəs mənim qədər ona minnətdar ola bilməz!
Çox savadlı, işinin peşəkarı və mükəmməl insan. Qızımın sağlamlığını ona borcluyuq.
Kəmalə həkimə göstərdiyi qayğıya və işinə peşəkarcasına yanaşdığı üçün təşəkkür edirəm. Təkcə xəstəni sağaldıb xəstəliyin qarşısını almağı düşünmür, həmçinin xəstəni maarifləndirməyi, gələcəkdə bu gür problemlərlə üzləşməməsi üçün lazımi profilaktik tədbirlərin görülməsi haqqında ətraflı məlumatlar verir.
Tibbi nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların Dr. Mirzəyevaya daha çox müraciət etməsinə səbəb olur. O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
El –oba arasında böyük nüfuz sahibi olan Kəmalə həkim həm də, nümunəvi şəxsiyyətdir. Vətənə və xalqa məhəbbət, təmənnasız, peşəkar xidmət kimi uca amallarla yaşayan Kəmalə Mirzəyeva insanlığın sabahına ümid yaradan, inam aşılayan örnək azərbaycanlı, layiqli vətəndaş, elin yüksək ehtiramını qazanmış əsl ziyalıdır.
Bölməyə aid digər xəbərlər