Ucaldıqca xidmətləri ilə Azərbaycan tarixinə möhtəşəm bir iz salan ömür yaşayır Xavər Abdullayeva. Zəhməti, fədakarlığı, biliyi ilə neçə-neçə insanlara, loqopedlərimizə örnək olur. Günəş şəfəqləri aləmə nur saçdığı kimi zəkası-dühasıyla Azərbaycan elminə işıq saçır.
Tibbi nizam – intizama riayət edilməsi, xəstə - müəllim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların Xavər Abdullayevaya daha çox müraciət etməsinə səbəb olur. O, kollektivin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar loqopeddir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir. Qeyd edək ki, Xavər xanım uzun illərdir ki, cəbhə bölgələrindəki vətəndaşlarımızla görüşlər təşkil edirdi, düşmən gülləsi altında yaşayan sakinlərimizə və nitq qüsurlu uşaqlara təlimlər keçiridi.
Xavər xanımın biliyi və təcrübəsi sayəsində yüzlərlə uşaq artıq tam sərbəst fikirlərimi tam ifadə edən bilən əlaçı şagirddir. Xavər xanımın müalicəsindən sonra valideynlər başa düşürlər ki, nevropotoloqa yox məhz loqopedə müraciət etmək lazımdır.
Bəli insanlara normal nitq bəxş etməklə hər evə səadət nuru saçan Xavər xanım çəkdiyi zəhmətlərin sərf etdiyi qızıldan dəyərli zamanın və insanların sağlamlığı naminə həsr etdiyi elmi biliklərinin naminə eşitdiyi : – Sağol Xavər xanım ifadəsi ilə fəxr edir. Çünki insanlardan aldığı təşəkkür və minnətdarlıqlar dolu ifadələr onun zəhmətinin bar bəhəridir.
Mətbuat əməkdaşları olaraq, müşahidə apardığımız Səlis Danışıq Nitq və Psixologiya Mərkəzinin ümid yerinə çevrilən bacarıqlı loqopedi Xavər Abdullayevanın gördüyü miqyası olduqca böyük ürəkaçan işlərə şahidlik edirik. Demək olar ki, Xavər xanım da Vətən Müharibəsinin qəhrəmanlarına çevrilən fədakar hərbçilərimiz kimi, savaş meydanlarına xas həddən ziyadə ağır və mürəkkəb şəraitə uyğun gərgin əmək sərf edərək, sutkalar ərzində gecə-gündüz fasiləsiz çalışıb.
44 günlük müharibənin arxa cəbhəsinin qəhrəmanlarından biri də Xavər Abdullayeva oldu. Bəzi peşəkarlar cəbhə bölgəsində, bəziləri isə Bakıda ehtiyacı olan şəhid, qazi ailələrinə və özlərinə yardım etməyə çalışdılar. Ömrünün sonuna qədər səhid, qazi ailələrini təmənnasız müayinə edəcəyini bildirən loqopedlərdən biri də Səlis Danışıq Nitq və Psixologiya Mərkəzinin təsisçisi Xavər Abdullayevadır. “Mən bugün rahat yaşayıramsa, evimdə rahat yata bilirəmsə, buna görə sizə borcluyam. İş fəaliyyətim müddətincə şəhid ailələrinə, qazilərimizə daim təmənnasız xidmət edəcəyəm.
Xavər Abdullayeva vətən uğrunda canından keçənl şəhid ailələrinə və qazilərimizə xidmət etməyin şərəf işi olduğunu bildirdi. Biz bu gün şərəf və qürurla “QARABAĞ AZƏRBAYCANDIR” deyə biliriksə, buna görə hər qarışı qanı ilə yoğrulmuş şəhid və qazilərimizə borcluyuq. Bu mənim üçün şərəf işidir. 44 günlük qələbədə bizim də loqoped olaraq faydamızın olması sevindiricidir.
Son olaraq QARABAĞ BİZİMDİR,QARABAĞ AZƏRBAYCANDIR”.
Onu da vurğulamaq yerinə düşərdi ki, Səlis Danışıq Nitq və Psixologiya Mərkəzinin təsisçisi Xavər Abdullayeva müharibə dövründə şəhid ailələrinə göstərdiyi xidmətlərinə görə "Azərbaycan Ukrayna" Beynəlxalq Alyansının idarə heyəti tərəfindən Qızıl Orden ilə təltif edilib.
Biz də redaksiya heyətimiz adından Alyansın İdarə heyətinin üzvlərinə və şəxsən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədova dərin təşəkkürümüzü bildiririk.
Dəyərli insan Xavər Abdullayevanı eyni zamanda müharibə dövründə şəhid ailələri və qazilər üçün göstərdiyi xeyriyyəçilik fəaliyyətinə və əldə etdiyi uğurlarına görə Türkiyə Zirvə Ödülü mükafatı alması münasibətilə təbrik edir, uğurlarının daha da bol olmasını Uca Tanrıdan arzulayırıq. Çünki, Xavər xanım siz bu uğurlara əməllərinizlə layiqsiniz.
Bölməyə aid digər xəbərlər