19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən əsgərimiz Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu bəlli olub.
QanunXəbər.com xəbər verir ki, Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Əmirağa Mahir oğlu Ağayevə aid olduğu təsdiqlənib.
Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi.
Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.
Allah rəhmət eləsin!


Tarix: 11-02-2021, 00:11 Oxunub: 78


Bölməyə aid digər xəbərlər