19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır - AÇIQLAMA

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır olaraq qalır”.
Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, Əməkdar artist son bir həftə ərzində aktiv hərəkət edir, gəzir, danışır:
“Huşu aydındır. Son həftə ərzində spontan tənəffüsdədir. Fəaldır. Palatada və reanimasiya şöbəsinin dəhlizində gəzir.
Ötən gün axşam saatlarında bizi narahat edən məqam bədən hərarətinin artması olub. Bunu nəzərə alaraq, aparılan müalicəyə müəyyən əlavələr edilib”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.


Tarix: 21-07-2020, 16:33 Oxunub: 78


Bölməyə aid digər xəbərlər