19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycanda ECMO aparatı Bəhram Bağırzadədən başqa kimlərə qoşulub? - AÇIQLAMA

Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Əməkdar artist Bəhram Bağırzadəyə qoşulan ECMO cihazı hələlik başqa xəstələr üçün istifadə edilməyib.
Bunu Modern.az-a açıqlamasında hospitalın “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.
Mərkəzin rəisi qeyd edib ki, indiyədək bir xəstə üçün istifadədə yüksək nəticə verən cihazın effektivliyi 100 faiz qiymətləndirilir:
“Bizim xəstəxanada koronaviruslu xəstələrin müalicəsinə iyunun 11-dən başlanılıb. İyunun 13-də isə cihazı ehtiyacı olan xəstəyə qoşmuşuq. Hələlik bir xəstə üçün istifadə edildiyindən və müsbət nəticə əldə olunduğundan, effektivliyi 100 faiz hesab edilir.
Aparat hazırda reanimasiyada yatan xəstələrin yanındadır. Təbii ki, ehtiyacı olan xəstə üçün dərhal istifadə ediləcək. Hələlik belə vəziyyət yaranmayıb, ümid edirik ki, yaranmaz da”.
R.Mahmudov deyib ki, xəstəxanada müalicə alan bütün xəstələrin müalicəsinə məsuldurlar:
“O cümlədən, Bəhram Bağırzadənin. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir”.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenləşdirmə cihazı olub, ağciyər və ürək yerinə iki-üç həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandırır.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov mətbuata açıqlamasında bildirmişdi ki, ECMO aparatından Azərbaycanda cəmi altı ədəddir. O, həmçinin, sözügedən aparatların qiymətinin altı milyon dollar olduğunu açıqlamışdı.


Tarix: 8-07-2020, 17:27 Oxunub: 125


Bölməyə aid digər xəbərlər