19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Koronavirusa yoluxmuş Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi EKMO cihazına qoşuldu

Xəbər verildiyi kimi aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülüb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:
“Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşmış və dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə xəstəbaşında baxış keçirilmiş və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxılıb. Oksigen 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirildi. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəldi. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir”.
Millət vəkilinin sözlərinə görə, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülüb:
“Nəzərinizə çatdırım ki, gecəyarısı qurumlararası koordinasiyalı iş nəticəsində ortaya qoyulan nəticə bir daha Azərbaycan səhiyyəsinin və bu ağır günlərdə Azərbaycan səhiyyəçilərinin və dövlətinin öz vətəndaşına, ən başda səhiyyə işçilərinə qarşı münasibətidir. Xüsusən səhiyyə işçilərinin təhlükəsizliyi və COVID-lə mübarizədə onların xəstəliyinin müalicəsi cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti altındadır. Bu gecə də saat 12 radələrindən etibarən Prezidentin köməkçisi Anar Ələkbərovun nəzarəti altında istər Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi və eləcə də aidiyyatı qurumların rəhbərlərinin koordinasiyalı çalışması nəticəsində biz ən təhlükəli anda həyatını itirmək üzrə olan Teymur Cəfərova bu köməyi edə bildik”.


Tarix: 12-07-2020, 15:56 Oxunub: 99


Bölməyə aid digər xəbərlər