23:30 / 08-11-2021
Təbrik edirik!
Qax rayon Baydarlı kənd tam orta məktəbinin direktoru Bədrəddin Əzizov başda olmaqla bütün peşəkar müəllim kollektivini 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm

 Günəş kainata işıq saçdığı kimi, müəllim də neçə-neçə insanın həyatına nur saçır. Belə insanlardan biri Qax rayon Baydarlı kənd tam orta məktəbinin direktoru sadə, mehriban, gözəl insan, hamının sevimlisi Bədrəddin Əzizovdur.
Bədrəddin müəllim böyük təcrübəyə malik, qabaqcıl müəllimlərdəndir. O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli müəllim ömrü. Əslində müəllimliklə bərabər həm də ziyalı ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur.  
Bədrəddin müəllimin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Məktəbin kollektivi və valideynlər ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqa direktorlar üçün xüsusi bir örnəkdir. Bədrəddin müəllim səbirlidir, hislərini cilovlamağı bacarır. Ciddilik və mərhəməti, mülayimliyi düzgün səkildə uzlaşdırır. 
Bədrəddin müəllim məktəbdə gözəl nizam -intizam  yaratmış və şagirdlərə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki,  əsl vəzifə borcunu vicdanla yerinə yetirən,  vətənpərvər, Bədrəddin müəllim  kimi  direktorlarımız var.  

Əziz və hörmətli müəllimlər!
Fürsətdən istifadə edib Bədrəddin müəllimi və məktəbin peşəkar kollektivini 5 Oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

 


Tarix: 5-10-2021, 08:55 Oxunub: 126


Bölməyə aid digər xəbərlər