19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
İradə Əhmədova-Tələbələrin sevimli müəllimi

   Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.
   Dahi liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz dili ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”. 
Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühim yer tutur. Azərbaycan Dövlət Neft Sənaye Universitetinin ʺSənaye  təhlükəsizliyi və əmək  mühafizəsiʺkafedrasının assistenti, kimya  üzrə  fəlsəfə  doktoru İradə Əhmədova o, müəllimlərdəndir ki,  onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti tələbələri üçün nümunədir. O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli alim ömrü. Əslində alimliklə bərabər həm də müəllim ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən, ömrünün 58-ci baharına qədəm qoyan bu şəxs həm də gözəl insan, təhsil fədaisidir. Ömrünün ən gözəl, yaddaqalan illərini ADNSU-nun auditoriyalarında tələbələri arasında keçirən İradə müəllimə sözün həqiqi mənasında çox bacarıqlı, mehriban müəllim, gözəl ana, qayğıkeş insandır. Məhz bu keyfiyyətlərinə görə dərs dediyi tələbələrin, işlədiyi kafedranın əməkdaşlarının böyük hörmətini qazanmışdır.. O, uzunillik qüsursuz əməyinə görə Təhsil Nazirliyinin, ADNSU-nun fəxri fərmanlarına layiq görülmüşdür. İradə Əhmədova dərs deməklə bərabər, yaradıcı axtarışlar da aparmış, onlarca məqalə yazaraq mətbuatda dərc etdirmişdir. O, çoxlu sayda elmi işin, o cümlədən monoqrafıya, dərslik və dərs vəsaitləri, metodik tövsiyələr, səmərələşdirici təklif, onlarla elmi-kütləvi məqalənin müəllifidir. 
Hər bir tələbəyə xüsusi həssaslıqla yanaşır İradə müəllimə. Onların probleminin həll olunmasında yaxından köməklik göstərir. Bundan başqa, çalışdığı kollektivdə daim demokratik sağlam mühit formalaşdıraraq kollektivin sevimlisinə çevrilib.
Biz də ona - adını universitetin tarixinə yazan, neçə-neçə tələbəsinin, yetirməsinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana uzun ömür, cansağlığı arzu edirik.


Tarix: 24-01-2021, 21:07 Oxunub: 358


Bölməyə aid digər xəbərlər