Müstəqil dövlətimizin təhsili daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Qəbələ şəhərində təhsil uğurla inkişaf edir. Qəbələ şəhər Abrıx kənd tam orta məktəbinin direktoru Natiq Zəkəriyəyev böyük təcrübəyə malik, qabaqcıl müəllimlərdəndir. O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli müəllim ömrü. Əslində müəllimliklə bərabər həm də ziyalı ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Natiq müəllimin rəhbərlik etdiyi məktəbin uğurları çoxdur. Bu təhsil ocağının bir çox məzunları respublikamızın və əcnəbi ölkələrin ali məktəblərində təhsil alırlar. Natiq müəllim deyir: “Müəllim etikasına əməl etməyənlər bu sənətin ucalığını dərk edə bilməzlər. Yaxşı müəllim olmadan, bu sənətin sirrlərinə yiyələnmədən kollektivdə nüfuz qazana bilməzsən. Bunsuz yaxşı təhsil görmüş şagirdlər yetişdirmək olmaz”.
Böyük şəxsiyyətlər zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar demişlər. Platon deyirdi ki, “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Ulu öndərimiz Heydər Əliyev isə müəllimi zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyət adlandırmışdır. Natiq Zəkəriyəyev məhz belə müəllimlərdəndir. O öz təcrübəsini müəllimlərə, biliyini şagirdlərə həvəslə aşılayan təhsil fədaisidir. O, qızıldan qiymətli vaxtı həmişə düzgün bölür, insana bir dəfə verilən ömür saatlarını xeyirli işlərə sərf edir. Natiq Zəkəriyəyev ömrü boyu alın təri ilə yaşayan, müəllim titulunu şərəflə, vicdanla, namusla çiyinlərində daşıyan əməksevər bir müəllim və rəhbərdir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü.
Fəaliyyəti ilə xalqı, milləti, vətəni qarşısında öz vəzifəsini layiqincə yerinə yetirən Natiq müəllim sizi Peşə bayramınız münasibəti ilə təbrik edir, şərəfli işinizdə yüksək nailiyyətlər, ailənizlə birgə xoşbəxtlik arzu edirik.
Bölməyə aid digər xəbərlər