23:30 / 08-11-2021
Təbrik edirik!
Zöhrab Salayev Vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə sahibidir

Zaman keçdikcə, xalqın  həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və     azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.
 Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
 Böyükmaarifpərvər H.B.Zərdabi yazırdı. “O xalq həmişə tərəqqi edər ki, məktəb və maarifin inkişafına ciddi fikir versin”. Bu fikir tarixin bütün dövrləri üçün aktualdır, əhəmiyyətlidir.
 Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Lerik rayonunda  da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev böyük təcrübəyə malik, qabaqcıl müəllimlərdəndir. Lerik təhsilində uğurlar çoxdur, məktəblərin bir çox məzunları respublikamızın və əcnəbi ölkələrin ali məktəblərində təhsil alırlar. Zöhrab müəllim deyir: “Müəllim etikasına əməl etməyənlər bu sənətin ucalığını dərk edə bilməzlər. Yaxşı müəllim olmadan, bu sənətin sirrlərinə yiyələnmədən kollektivdə nüfuz qazana bilməzsən. Bunsuz yaxşı təhsil görmüş şagirdlər yetişdirmək olmaz”.
Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. 

Zöhrab Salayevin rəhbərlik etdiyi Lerik rayon Təhsil şöbəsində daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Zöhrab müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Zöhrab  müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.
 


Tarix: 13-04-2021, 12:27 Oxunub: 213


Bölməyə aid digər xəbərlər