23:30 / 08-11-2021
Təbrik edirik!
Gündüz Qədirov-Şagirdlərin sevimlisi

O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli müəllim ömrü. Əslində müəllimliklə bərabər həm də ziyalı ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən bu şəxs həm də gözəl insan, təhsil fədaisidir. Haqqında söhbət açdığımız insan yorulmaq bilmədən çalışaraq ömrünü təhsilə həsr edən İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirovdur. Ömrünün ən gözəl, yaddaqalan illərini şagirdlər arasında keçirən Gündüz  müəllim  sözün həqiqi mənasında çox bacarıqlı, mehriban müəllim, gözəl ata, qayğıkeş insandır. Məhz bu keyfiyyətlərinə görə dərs dediyi şagirdlərin, rəhbərlik etdiyi kollektivin  böyük hörmətini qazanmışdır. Gündüz müəllim  çalışdığı illər ərzində tədrisin keyfıyyətinin yaxşılaşdırılması yolunda yaxından iştirak edərək uğurlu nəticələr əldə edib. 
Əslində o, müəllimlər müəllimidir.  Həyatını bir gün də olsun  məktəbsiz və uşaqlarsız  təsəvvür edə bilməyən Səxavət müəllimin sənətinə, peşəsinə olan vurğunluğu  uzunillik səmərəli pedaqoji  fəaliyyətində ona güc, qüvvət, işinə sonsuz məhəbbət vermişdir.  Bu həvəs və məsuliyyət ona uğur qazandırmış, onu hər zaman üzüağ, alnıaçıq  etmişdir. Müəllim adının şərəfini və  ləyaqətini hər zaman uca tutan, "İnsan yorulmamalı, zamanın nəbzini tutmalıdır" deyən  pedaqoq həyat  enerjisi ilə çalışır. 
Onun öz kollektivi və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqa direktorlar üçün xüsusi bir örnəkdir.  Onun xususi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirə layiq bir  hərəkətdir. 
Gündüz müəllim məktəbdə gözəl nizam -intizam  yaratmış və şagirdlərə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki,  əsl vəzifə borcunu vicdanla yerinə yetirən,  vətənpərvər, Gündüz müəllim  kimi  direktorlarımız var. 

Biz də QanunXəbər.com İnformasiya Agentliyi  vasitəsilə  Təhsil naziri Emin Əmrullayev və İsmayıllı şəhər 1 nömrəli məktəbin direktoru Gündüz Qədirova öz təşəkkürümüzü  bildirir:  “Cənab  Nazir, çox sağ olun  ki, təhsil müəssisələrini  Gündüz Qədirov  kimi etibarlı, savadlı kadrlara  əmanət etmisiniz. 
Biz də ona - adını təhsilin tarixinə yazan, neçə-neçə şagirdin, yetirməsinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana  uzun ömür, cansağlığı arzu edirik.



Tarix: 15-04-2021, 00:04 Oxunub: 148


Bölməyə aid digər xəbərlər