19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Türkiyə mesaj verdi ki, əgər qarışsanız… - İlham Əliyev

Türkiyənin Azərbaycan üçün, Azərbaycanın da Türkiyə üçün nə qədər candan yaxın bir ölkə olduğunu bilirsiniz. Onillər boyu böyük yol qət etdik və münasibətlərimizi ən yüksək səviyyəyə çıxardıq. Dünya miqyasında buna bənzər əməkdaşlıq, dostluq və qardaşlıq olmadığını söyləmişdim. Tarixləri, etnik kökləri, dilləri eyni ölkələrin olduğunu, fəqət aralarında nə qədər ixtilaf, etibarsızlıq və problem olduğunu da söyləmişdim. Belə misallar çoxdur. Həm Yaxın Şərqdə, həm də postsovet məkanında. Güclü tarixi və mədəni təməl üzərində belə gözəl münasibətlər sarayını inşa etmək bizim xüsusi xidmətimizdir. Həm cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim.
QanunXəbər.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.
“İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizim yanımızda olaraq bütün dünyaya mesaj verdi ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır. Əgər qarışsanız, müdaxilə etsəniz, Türkiyəni görəcəksiniz. Bu, əlbəttə çox böyük üstünlük idi”, - İlham Əliyev bildirib.


Tarix: 27-09-2021, 16:17 Oxunub: 46


Bölməyə aid digər xəbərlər