Bu gün Nurayın doğum günüdür. Tam 6 il bundan öncə o dünyaya göz açdı. Nurayın dünyaya gəlişi Tanrının Həbibovlar ailəsinə ən böyük hədiyyəsi oldu. Nuray balanı ad günü münasibəti ilə atası Azər müəllim, anası Vüsalə xanım, babası Balacan Həbibov, nənəsi Sevər xanım və bacısı Mələk təbrik edirlər, ona can sağlığı, uzun ömür, həyatında ən xoş günlər, ata - anasına layiqli evlad olmasını arzulayırlar.
Bu gün onu canından artıq sevən babası Balacan müəllimin təklifi ilə Nuray balamıza şeir ərməğan edirik.
Deyirəm baba olmaq
Nə gözəl arzu imiş,
Sən demə oğul nəvəsi
İnsanın canı imiş.
Nuray qədəm qoyub
- Gəlib ailəmizə,
Gülüş, xoş müjdə,
Ruzi,fərəh gətirib bizə.
Hər baxışı bir nağıl,
Təbəssümü günəşdir
İstidə sərin bir meh,
Qışda isti atəşdir.
Hər birimiz min arzu
Min diləklə baxırıq,
Bircə gün görməyəndə
Sıxılır darıxırıq.
Kamallı və ədəbli
Gözəl bir xanım olsun
Oxuyub, təhsil alıb
Ziyalı bir gənc olsun
Biz də baxıb, qürurla
-Qızım, Əhsən! söyləyək,
Fədakarlıq dağının
Zirvəsində biz görək
Qədirbilən, xeyirxah
Ləyaqətli qız ol sən
Adınla fəxr eləsin
El-oba, Ana Vətən!
Mən də bir baba kimi
Xeyir-bəhrəni görüm
Ömrüm boyu:-İlahi Sənə
Şükürlər olsun deyim.
Biz də redaksiya heyətimiz adından Nuraya saglam və gumrah boyuməyi, bir gun məktəbin əlaçı məzunu olaraq, anasının arzuladıgı kimi ag xalatlı həkim kimi vətənə xidmət etməyi arzulayırıq.
Bölməyə aid digər xəbərlər