23:30 / 08-11-2021
Təbrik edirik!
Azərbaycanda koronavirusa yoluxma faktı yenidən 100-dən aşağı düşdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib, aktiv xəstə sayı 2 163 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, ötən müddət ərzində isə ümumilikdə 2 555 058 test aparılıb.
Qeyd edək ki, 21 Fevral 2021-ci il tarixində 156 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.



Tarix: 22-02-2021, 18:36 Oxunub: 103


Bölməyə aid digər xəbərlər