23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.İbrahim Əsədli sənətinə və şəxsiyyətinə dərin hörmətlə yanaşdığım həkim-cərrah, onkopsixoloq

Media əməkdaşı olaraq, İbrahim Əsədli  haqqında yazmaq mənə çox xoşdur. O, bacarıqlı həkim-Onkopsixoloq, Onkoloq, Valeoloq, Pulmonoloq olmaqla yanaşı, eyni zamanda sadə və qayğıkeş insandır.  çox illik iş təcrübəsi olan həkim-onkoloq İbrahim Əsədli çalışdığı müddət ərzində çox sayda onkoloji xəstələrə şəfa vermişdir.
İşlədiyi hər yerdə kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. O, həkim üçün lazım olan müsbət keyfiyyətləri özündə cəmləşdirib. İbrahim həkim həyatını insanların sağlamlığı keşiyində dayanmağa həsr edib.
Onun müalicəsi nəticəsində müxtəlif onkoloji xəstəliklərdən xilas olan  xəstələr əminliklə deyə bilərəm ki, həyatda yaşamağın şirinliyini qazanıblar.
Əməklərinə verilən qiymətdən söhbət düşərsə deyə bilərəm ki, İbrahim həkimin ən böyük mükafatı xəstələrin minnətdarlıqları, onların ailə üzvlərinin xoş sözləridir.
Bəli, həkim ömrü bu minnətdarlıqlar, şəfa həsrətli xoş sözlər içərisində şam kimi əriyib gedir. Damla-damla başqalarının canına hopub, ona yeni həyat bəxş edir.
Bəli, İbrahim Əsədli xalqımızın, dövlətimizin sağlamlığının xidmətində dayanan vicdanlı həkimlərimizdən biridir. Sağaldıb ayağa qaldırdığı xəstələrin hər biri isə onun mükafatıdır!
Sonda İbrahim həkimi bütün jurnalistlər və kollektivimiz adından möhkəm can sağlığı, işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram...Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin.
Sizin kimi həkimlərə Səhiyyəmizin ehtiyacı çoxdur. Allah uğurlarınızı,nailiyyətlərinizi hər zaman davamlı etsin DOKTORUM!

Dr.İbrahim Əsədli
Valiologiya və integrativ təbabət mərkəzinin rəhbəri, həkim-cərrah, onkopsixoloq
 Tel: 050-331-88-52


Tarix: 9-11-2021, 23:45 Oxunub: 365


Bölməyə aid digər xəbərlər